• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadın sərnişini avtobusdan atan sürücüdən XƏBƏR VAR - VİDEO

CƏMİYYƏT

05 Iyul 2022 | 01:55 | Müəllif: Qalib İbrahimoğlu

Qadın sərnişini avtobusdan atan sürücüdən XƏBƏR VAR - VİDEO

Bir neçə gün əvvəl Sumqayıtda qadın sərnişinə təpik vuraraq avtobusdan atan sürücü Aqil Kosayev işinə bərpa edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ARB Xəbər”ə sürücünün özü bildirib. Onun sözlərinə görə, məsələyə hüquqi qiymət verilib.

Baş verənlərdən danışan A.Kosayev qeyd edib ki, qadın avtobusdan işıqforda düşməyi tələb edib: "Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır".

A.Kosayev bir də belə hadisənin olmayacağına çalışacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026