• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

“Qarabağ”ın Avropadakı mövqeyi MƏLUM OLDU

İDMAN

28 Oktyabr 2023 | 15:04

“Qarabağ”ın Avropadakı mövqeyi MƏLUM OLDU

Avropanın top komandalarının növbəti reytinq cədvəli açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda Avropanın 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 224 xalla 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahıdakı mövqeyini qoruyub.

27 xala malik “Neftçi” isə bir pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 238-cidir.

“Sabah” bir pillə irəliləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 265-cidir.

“Qəbələ” 3 pillə geriləyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 380-cidir.

Qeyd edək ki, siyahıya 2205 xala malik “Real” başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026