“Son dönəmdə Ermənistan hökuməti sülh prosesi istiqamətində müəyyən addımlar atmaqdadır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətinin sülhün irəliləməsi yönündə qətiyyət göstərməsi revanşist qüvvələri, "Qarabağ klanı"nı təşvişə salır:
"Keçmiş cinayətkar xunta rejimi Azərbaycan-Ermənistan arasında sülh müzakirələrindən çox narahat olur. Qorxurlar ki, bu gedişatla iki ölkə arasındakı mövcud problemlər tezliklə aradan qalxa bilər. Əgər İrəvan-Bakı sülh danışıqlarında müəyyən nəticələr eldə edərsə, revanşist dairələr yeni münaqişə və qarşıdurma yaratma şansını birdəfəlik itirərlər. Ona görə də "Qarabağ klanı" son hücumunu reallaşdırmaqdadır. Bütün güclərini səfərbər edərək, Koçaryanın, Sarkisyanın tərəfdarlarını da toplayaraq, son şanslarını yoxlayırlar”.

Asim Mollazadə: Bu qüvvələr daimi faciələr istəyirlər ki, maliyyə toplama işini davam etdirə bilsinlər
Müsahibimiz qeyd edib ki, xarici ölkələrdən erməniləri də etirazlara cəlb etməyə çalışırlar. Daxili gərginliyi artırmaq üçün bütün vasitələrdən istifadə edirlər:
“Ancaq məsələ ondadır ki, erməni əhalisinin böyük əksəriyyəti də sülh istəyir, yenidən müharibə olmasını arzulamırlar. Sülhün olmamasını, savaşın başlamasını istəyənlər "Qarabağ klanı"nın üzvləri, revanşist qüvələr və erməni lobbisidir. Bu qüvvələr daimi faciələr istəyirlər ki, maliyyə toplama işini davam etdirə bilsinlər".
Qeyd edək ki, Azərbaycanla delimitasiyaya qarşı etiraz Ermənistanda etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan müstəqil deputat İşxan Zakaryanın onlara qoşulduğunu elan edib. O bu haqda bu gün keçirilən mitinqdə bildirib. Keşiş Baqrat deyib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib. Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının “birinci mərhələni keçdiyini” təxmin etmək olar: “İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi”.
Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və “xalq istəsə”, “katolikosun xeyir-duası ilə” istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Onu da bildirək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə qarşı impiçmentin başlanması üçün deputatların 1/3-nin səsi lazımdır. Ermənistan parlamentində 107 deputat var və prosesi başlatmaq üçün 36 deputat müraciət etməlidir.
Aydın Baxış





jpeg-1718191333.webp)







jpg-1718178121.webp)

