• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci oldu

İDMAN

16 Oktyabr 2022 | 11:44 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci oldu

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Bakıvaxtı.az  xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

Ən çox fanat isə "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026