• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Qarabağda 150 minə yaxın iş yeri yaratmağı planlaşdırırıq” - Emin Hüseynov

CƏMİYYƏT

18 Dekabr 2022 | 15:09 | Müəllif: Subhan Mahmudov

“Qarabağda 150 minə yaxın iş yeri yaratmağı planlaşdırırıq” - Emin Hüseynov

"Biz təkcə Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaratmağı planlaşdırırıq ki, bu da şübhəsiz ki, ölkənin ÜDM-də daha yüksək artıma töhfə verəcək".

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyətinin Zəngilana səfəri çərçivəsində keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada bütün sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və Gömrük Vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaqlar"- E.Hüseynov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026