• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Abşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEO

CƏMİYYƏT

17 Yanvar 2023 | 14:14

Abşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bakıvaxtı.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.


Abşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEOAbşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEOAbşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026