Xankəndi və ətraf rayonlar tam olaraq bizim idarəetməyə keçəndən sonra, orda bir çox sahələrdə, o cümlədən təhsil sahəsində də islahatlar aparılmalı, ölkənin vahid iqtisadi və humanitar məkanına inteqrasiya prosesləri təmin edilməlidir.
Qarabağda azərbaycanlılar yaşayan ərazilərdə azərbaycan dilli təhsilin təşkilində ciddi problemlərin olacağı gözlənilmir. Amma ermənidilli təhsilin bizim milli təhsil standartlarına uyğunlaşdırılması müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən bütün bu işlərə indidən hazırlaşmalıyıq. Yəni, hadisələrin arxasınca getməli deyilik, hadisələri qabaqlamalıyıq, bizi bu yolda gözləyən problemləri əvvəlcədən ehtimal etməliyik.
Təhsil təcrübəmizdə belə inteqrasiya praktikası hələki olmayıb. Təhsilin təşkilinin ayrı ayrı istiqamətləri üzrə: tədris metodik təminat, kadr təminatı, maddi texniki təminat və s. kimi məsələləri əhatə edən planlamalar olmalıdır. Prosesin yekununda Qarabağın ermənidilli məktəbləri, Qarabağda yaşayan erməni şagirdləri bizim milli təhsil məkanına inteqrasiya edəcək, ölkənin vahid təhsil məkanı qorunacaqdır.
Bizdə əvvəlki illərdən qalma, təhsil sahəsində müəyyən təcrübələr var. İlkin olaraq bu tədbirlərin bəzilərini qeyd etmək istəyirik.
1. Qarabağın erməni uşaqlarına, öz milli kurikulumlarımız əsasında erməni dilində tədrisin təşkili.
2. Bizim milli dərsliklərimizin bir qismini erməni dilinə tərcümə edilməsi.
3. Erməni sektoru üçün yerli komponentli yeni tədris planları və dərsliklər hazırlamaq: (Azərbaycan tarixi, Azərbaycan cografiyası Azərbaycan dili v.s.)
( Bu 3 tədbir keçid dövrü üçün nəzərdə tutulur (təxminən 10 il). Biz onlarla indi birbaşa azərbaycan dilində tədrisə başlaya bilmərik, bizim dili ordakı məktəblilər hələ bilmir. Amma sonrakı mərhələdə erməni məktəblərində tədrisi dövlət dilində aparmaq olar).
4. Erməni müəllimlərinin seçilib məktəblərdə işlə təmin edilməsi və onların attestasiyasının təşkili. Bu məqsədlə EMİQ, (ermənicə MİQ), EDQ (ermənicə DQ) sistemini yaratmaq.
5. Erməni gənclərinə distant təhsili qadağan etmək (çünki, bizim milli təhsildə DT tətbiqi nəzərdə tutulmur).
Ümumən, çalışmalıyıq ki, erməni məktəblərində təhsilin keyfiyyəti bizim milli məktəblərdəki təhsilin keyfiyyətinə bərabər olsun. Eyni ilə məktəbəqədər təhsil, peşə təhsili, subbakalavr, bakalavr, magistratura təhsili (Xankəndi universiteti üçün) sahəsində də milli təhsil məkanımızın bərqərar olması üçün tədbirlər planı yaratmalıyıq. Amma bu təhsil islaharlarını əvvəlki illərdəki kimi keyfiyyətsiz olmasın. Ermənini aldatmaq çətindir.
Dos. İlham Əhmədov
Bakıvaxtı.az
















