• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qarabağda hərbi əməliyyatların başlanması riski artır - AÇIQLAMA

GÜNDƏM

16 Avqust 2023 | 15:00 | Müəllif: Qalib İbrahimoğlu

Qarabağda hərbi əməliyyatların başlanması riski artır - AÇIQLAMA

“Öz havadarlarının dəstəyindən ruhlanan Ermənistan sülh danışqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Parlament üzvü son günlər məqsədyönlü şəkildə davam etdirilən pozucu hərəkətlərə, təxribatlara diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanla şərti sərhədimizdə törədilən təxribatlar, Laçın nəzarət-keçid məntəqəsində sərhəd əməkdaşlarımıza güllə atılması, 26 iyuldan başlayaraq "humanitar yük" adı altında avtomobil karvanı şousunun davam etməsi və qeyri-qanuni hərbi birləşmələrin silahlanması ermənilərin başlatdığı kampaniyanın tərkib hissəsidir.

Deputat qeyd edib ki, Ermənistanın bu hərəkətləri yenidən hərbi əməliyyatların başlanması riskini artırır: “Azərbaycan öz hüquqlarını qorumaq iqtidarında olan ölkədir. Biz ərazilərimizdə erməni separatizminin davam etməsinə heç bir halda imkan verməməliyik. Bizi bu yoldan heç kim döndərə bilməz”.

A.Badamov vurğulayıb ki, əlbəttə, Azərbaycan yenidən müharibənin baş verməsinin tərəfdarı deyil. Biz sülh istəyirik və bütün məslələri siyasi yollarla nizamlanmasını dəstəkləyirik: “Amma bununla yanaşı Ermənistan yenidən müharibəyə cəhd edərsə, cavabımız çox ağır olacaq".

Qeyd edək ki, Ermənistan Qarabağdakı separatçı rejimin nümayəndələri ilə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “The National Interest”də dərc olunmuş “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyirmi?” adlı məqaləsində deyilir ki, Ermənistan kampaniya aparıb diplomatik oyunlara girmək əvəzinə, Azərbaycanla sülh danışıqları və münasibətlərin normallaşdırılması ilə məşğul olmalıdır: “30 ildən artıq müddətdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təxminən 20 faizini işğal etmişdi. Orada yaşayan bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış, öz ölkəsində məcburi köçkünə çevrilmişdi. 2020-ci ildə 44 günlük müharibədən sonra geri qaytarılan torpaqlarda Azərbaycanın mədəni və dini irsi, dövlət mülkləri və şəxsi mülklər misli görünməmiş şəkildə məhv edilib. Elə təkcə vaxtilə regionun ən böyük şəhərlərindən biri olan Ağdam o qədər dağıdılıb ki, indi onu “Qafqazın Hirosiması” adlandırırlar. Görünür, işğalçılar burada Azərbaycanın bütün izlərini məhv etmək istəyiblər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026