Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 25,85 %
119 saylı Ağdam – 26,33 %
120 saylı Cəbrayıl-Qubadlı - 27,28%
121 saylı Laçın - 23,85%
122 saylı Xankəndi - 32,6%
123 saylı Kəlbəcər - 25,7 %
124 saylı Şuşa-Ağdam-Xocavənd - 25,74%
125 saylı Zəngilan-Qubadlı - 28,2 %
Əli Hüseynov
















