• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qarabağdakı sülhməramlılar səs verdi - VİDEO

DÜNYA

14 Mart 2024 | 10:23

Qarabağdakı sülhməramlılar səs verdi - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtından əvvəl səs veriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Azərbaycandakı Səfirliyi öz “X” hesabında paylaşıb. 

Seçki martın 11-13-ü Səfirlik əməkdaşları tərəfindən sülhməramlıların dislokasiya olduğu ərazilərdə səyyar qaydada təşkil edilib. 

“Göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə minnətdarlığımızı bildiririk”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 17-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026