• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ"ın bu çıxışı bizə xəbərdarlıqdır - Yakiroviç

İDMAN

20 Avqust 2024 | 00:30 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın bu çıxışı bizə xəbərdarlıqdır - Yakiroviç

"Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

"Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm UEFA Avropa Liqasında "Bayer 04" (Almaniya) klubuna çətin anlar yaşatdılar. "Ludoqorets"lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik", - Yakiroviç bildirib.

Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026