Yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib.
Bu barədə Bakıvaxtı.az-a ETSN Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, proses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, yanvarın 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.
















