• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qaxda silah-sursat aşkarlandı

CƏMİYYƏT

17 Yanvar 2024 | 12:16

Qaxda silah-sursat aşkarlandı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.
Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 3 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026