• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Qazprom” və SOCAR strateji tərəfdaşlığı genişləndirir

İQTİSADİYYAT

20 Avqust 2024 | 00:10 | Müəllif: Subhan Mahmudov

"Qazprom” və SOCAR strateji tərəfdaşlığı genişləndirir

"Qazprom” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi haqqında razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qazprom”un məlumatında deyilir.

“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində tədbirlərdə iştirak edib.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Xüsusilə, söhbət “Şimal-Cənub” layihəsindən və 2024-cü ilin sentyabrında Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - deyə A.Miller qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026