• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Qəbələ və Bakıda birmərtəbəli ev yandı

HADİSƏ

26 Iyun 2021 | 22:23

Qəbələ və Bakıda birmərtəbəli ev yandı

Qəbələ rayonunun Tövlə kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə və yaxınlıqda dayanan istifadəyə yararsız "Karsan" markalı mikroavtobusun yanar hissələri yanıb. Evin qalan hissəsi yanğndan mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR