Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə 5 ha sahədə kol-kos və ağaclıq yanıb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
3 aprel, saat 19:15
Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsinə çalışırlar.















