• Bakı 12° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Qəbul imtahanlarının vaxtı dəyişdirilir? - RƏSMİ CAVAB

CƏMİYYƏT

02 Dekabr 2025 | 16:40

Qəbul imtahanlarının vaxtı dəyişdirilir? - RƏSMİ CAVAB

Bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi haqqında iddialar həqiqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sosial mediada imtahanların vaxtının dəyişdirilməsi ilə bağlı iddialar doğru deyil:

"İmtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunur və ictimaiyyətə təqdim edilir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gündür sosial mediada bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi ilə bağlı iddialar yayılıb. Bu isə abituriyentlər arasında ciddi narahatlıq yaradıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ənənəvi olaraq tədris ilinin başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanları keçirilir. Ona görə də, imtahanların fevral ayında keçiriləcəyi iddiaları valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləri arasında gərginliyə səbəb olub.


SON XƏBƏRLƏR