• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qədim Romada çimərlik paltarı bu məqsəd üçün geyinilirmiş

DÜNYA

25 Sentyabr 2023 | 12:34

Qədim Romada çimərlik paltarı bu məqsəd üçün geyinilirmiş

İtaliyanın Siciliya şəhərində yerləşən mozaikalar çimərlik geyiminin məşhur inancın əksinə olaraq 20-ci əsrin məhsulu olmadığını, minlərlə il əvvələ dayanan bir tarixə sahib olduğunu göstərir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Siciliyada son illərdə aparılan qazıntılar zamanı qədim Roma villası "Villa Romana del Casale"də tapılan mozaikalarda qadınların çimərlik geyimi geyindiyi görünür.

Sözügedən məşhur “çimərlik geyimli qızlar” mozaikası göstərir ki, qadınlar 1946-cı ildə ilk müasir bikininin təqdim edilməsindən minlərlə il əvvəl bu iki parçadan ibarət geyimə üstünlük verirdilər.

Digər tərəfdən, istifadə məqsədinin bugünkündən fərqli olduğu düşünülür.

Mütəxəssis bildirib ki, qədim zamanlarda çimərlik geyimləri üzmək üçün deyil, idman fəaliyyəti üçün istifadə olunub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026