• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Cavab dəhşətli olacaq - Lukaşenko Qərbə SƏSLƏNDİ

DÜNYA

16 Fevral 2023 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

Cavab dəhşətli olacaq - Lukaşenko Qərbə SƏSLƏNDİ

“Qərb Belarusu müharibəyə cəlb etmək və cəbhəni 2,5 min kilometrə uzatmaq niyyətindədir”.

Bakıvaxtı.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Düzgün hesablama. Amma boş, axmaq. Biz sizə bu şansı verməyəcəyik” deyən Lukaşenko qeyd edib ki, amma onların torpağına ayaq basmağa cəsarət edilsə, cavab dəhşətli olacaq.

 Belarus lideri qeyd edib ki, ölkə ordusunda 75 min nəfər var, lakin lazım gələrsə, bu say yarım milyona qədər artırıla bilər. “Müharibə lazım deyil. Nə qədər ki, bu gün bu təcavüzün genişlənməsi yoxdur, sülh danışıqlarını aparaq. Siz nəinki hazır deyilsiniz, sülh danışıqları indi başlasa, bu sizin üçün dəhşətli faciə və fəlakət olardı. Sizə müharibə lazımdır”, - Lukaşenko Qərb ölkələrinə müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti Ukrayna üzrə sülh danışıqlarına çağırıb. “Ukraynada sülh istəyirsənsə, sabahdan sülh haqqında danışmağa başlayaq. Amma siz (Qərb) bunu istəmirsiniz”.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026