• Bakı 31° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Qərib Baxşəliyevin ailəsində daha bir - Ağır itki - FOTO

CƏMİYYƏT

05 Avqust 2025 | 10:08

Qərib Baxşəliyevin ailəsində daha bir - Ağır itki - FOTO

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.

Xatırladaq ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Q.Baxşəliyevin şəhadətindən 6 ay sonra qızı Cənnət dünyaya gəlib.


SON XƏBƏRLƏR

04 Avqust 2025