• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəzzada BMT-nin agentlik mərkəzi vuruldu

DÜNYA

24 Yanvar 2024 | 18:37 | Müəllif: Subhan Mahmudov

Qəzzada BMT-nin agentlik mərkəzi vuruldu

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının cənubundakı Xan Yunisdə yerləşən və 10 min köçkünə sığınacaq verən mərkəzi vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentliyin direktoru Tomas Uayt X sosial şəbəkəsində məlumat verib.

"Qəzzada Xan Yunisdə döyüşlər güclənir - 10 min köçkünün yerləşdiyi UNRWA təlim mərkəzi yenicə vurulub - binalar yanır və kütləvi insan tələfatı var, mərkəzə giriş-çıxış iki gündür bağlanıb, insanlar tələyə düşüb"- Uayt yazıb.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsraildə, səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb, bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox adamın yaralandığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026