• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qırğızıstan Rusiyadakı səfərbərliklə bağlı çağırış etdi

DÜNYA

21 Sentyabr 2022 | 18:20 | Müəllif: Subhan Mahmudov

Qırğızıstan Rusiyadakı səfərbərliklə bağlı çağırış etdi

Rusiyada elan edilən səfərbərlik fonunda Qırğızıstan vətəndaşları xaricdə, o cümlədən Ukraynada hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyəti daşıyacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, respublikanın Cinayət Məcəlləsinin 256-cı maddəsi bu əmələ görə əmlakı müsadirə olunmaqla 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Qeyd edək ki, Qırğızıstan KTMT-nin üzvüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026