• Bakı 25° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qışın ən faydalı tərəvəzi 

CƏMİYYƏT

07 Dekabr 2022 | 06:07 | Müəllif: Qalib İbrahimoğlu

Qışın ən faydalı tərəvəzi

Alimlər çoxsaylı elmi tədqiqatlarla payız, qışda orqanizm üçün ən lazımlı tərəvəzin hansı olduğunu araşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, dietoloq həkim Tatyana Solnçeva bu tərəvəzin bütün növ kələmlər olduğunu bildirib.

"Təkcə 100 qram tərəvəz lifin gündəlik tələbatının 10%-ni təmin edir.

Kələmin bütün növləri fitonutrientlərlə zəngindir. Brokkolinin tərkibində iltihabla aktiv mübarizə aparan və xərçəngin qarşısının alınmasına kömək edən sulforafan var.

Brüssel kələmində isə sitrus meyvələri və kividən daha çox C vitamini var.

Həmçinin onun tərkibində müəyyən şişlərin, qadınlarda hormondan asılı onkologiyanın inkişafının qarşısını alan çoxlu antioksidantlar, polifenollar var.

Yeri gəlmişkən, kələmdə olan indol-3-karbinol və askorbigen qadınlar üçün vacibdir, onların estrogenlə əlaqəsini elm adamları sübuta yetirib.

Payız, qışda orqanizmin rezervi tükəndiyi üçün mütləq həftə ərzində müxtəlif kələm növlərindən istifadə etmək lazımdır./medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026