Rusiyanın şərqində qızıl mədənində qaya uçub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 13 işçi uçqun altında qalıb.
Məlumata görə, Rusiyanın şərqindəki Amur vilayətinin Zeya qəsəbəsində ölkənin ən böyük qızıl mədənlərindən biri olan “Pioner” mədənində iş zamanı qaya parçası düşüb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada mədəndə qapalı qalan işçilərlə əlaqə saxlamaq üçün səylərin davam etdiyi bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi Yakutiyadan 25 nəfərlik bir qrupun bölgəyə gəldiyini açıqlayıb. Bildirilib ki, Xabarovsk vilayətindən 13 nəfərdən ibarət qrup helikopterlə bölgəyə göndərilib.
Mədən şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Ay Tac




jpg-1713428178.webp)











