• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Qızıl Xaç Komitəsi Bakıda olan ermənilərə baş çəkir

CƏMİYYƏT

22 Noyabr 2023 | 12:19

Qızıl Xaç Komitəsi Bakıda olan ermənilərə baş çəkir

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Naxçıvanda keçirilən seminarda jurnalistlərə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Draqana Koiç deyib.

O bildirib ki, bu baş çəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti ilə və onlarla rəftarla maraqlanır: "Həmçinin də bu şəxslərin ailələri ilə əlaqə yaratması üçün şəraitin olduğunu yoxlayır və bu şəraiti yaradır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq bu şəxslərə baş çəkdikdə, bu fəaliyyətin nəticəsində bütün məlumatlar, məsələlər ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensal sürətdə bölüşdürülür və müzakirə olunur. Hər iki tərəflə istər Azərbaycan istərsə də Ermənistan tərəfi ilə Biz Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq bu məsələləri müzakirə edir. saxlama yerlərinə baş çəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub"./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026