• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qızılca özünü bu simptomlarla göstərir

CƏMİYYƏT

13 Dekabr 2023 | 15:22

Qızılca özünü bu simptomlarla göstərir

“Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri ortaya çıxır. Klinika əsasən yuxarı tənəffüs yolları infeksiyasına bənzərdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Terapevt bildirib ki, xəstəlik öskürək, burun axması, boğaz ağrısı, ümumi halsızlıq, yüksək hərarət, ağızda, yanaqların içərisində kiçik ölçülü boz rəngli ləkələrin əmələ gəlməsi kimi əlamətlərlə başlayır: “Qızılca üçün gözün işığa həssaslığı da çox xarakterdir. Adətən xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcəyə qədər yüksəlir. Əsas əlamətlərdən olan qırmızı və qəhvəyi səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Səpkilər təxminən 4 gün davam edir. Səpkilər solduqca, insanın qızdırması da aşağı düşür”.

Həkim qeyd edib ki, qızılca əvvəl digər xəstəliklərlə oxşar simptomlarla özünü göstərir.

"Qızılcanın üç mərhələsi var. Kataral dövr ikinci mərhələdir, bu zaman səpkilər olur, qabıqlanma baş verir. Ən çox yoluxuculuq dövrü hesab olunur. Səpkilər üst bədən nahiyyəsindən başlayır, ayaqlara doğru düşür. Daha sonra qırmızı səpkilərin yerini qəhvəyi səpkilər alır, qabıqlanma baş verir".

G.İsmayılova qeyd edib ki, qızılca xəstəliyinə tutulan uşaqların müalicəsində ilk növbədə simptomların aradan qaldırılması, fəsadların qarşısının alınması, yataq rejimi və düzgün qidalanma vacibdir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026