Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbətr verir.
Məlumata görə, bunanın 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















