Rusiyanın İrkutsk şəhərinin Marşal Konev küçəsində binalardan birinin sakini qonşusunun hücumuna məruz qalıb.
Bakıvaxtı.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə hücuma məruz qalan sakinin binanın liftini təmir etdiyi zaman baş verib. Belə ki, digər sakin qonşusunun çox səs-küy yaratdığını əsas gətirərək evdə hazırladığı partlayıcıları liftə yerləşdirib. Qonşusu liftdə olarkən partlayıcını yandıran şəxs lifti partladıb. Nəticədə qonşu qğır yaralanıb. Xəstəxanaya aparılan şəxsin ölüm təhlükəsindən xilas olduğu bildirilir.
Polis lifti partladan şəxsin evinə basqın edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, evdə bomba istehsalında istifadə edilən kimyəvi maddələr və alətlər aşkarlanıb.
Nəzarət altına alınan şübhəli ilk ifadəsində qonşusunun davamlı olaraq lifti təmir etdirdiyini, səs-küy saldığını və bu səbəbdən liftə bomba qoyaraq planını həyata keçirdiyini bildirib.
Aytac Aslan









jpg-1640941608.webp)






