• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qubada Bakı sakinindən "patı" aşkarlandı

HADİSƏ

13 Sentyabr 2021 | 10:28

Qubada Bakı sakinindən "patı" aşkarlandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri sakini Orxan Əliyev saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və güclü təsiredici maddə preqabalin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026