Qubada yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















