• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qubada qanunsuz toy mərasimi aşkarlanıb

CƏMİYYƏT

19 Iyul 2021 | 12:50

Qubada qanunsuz toy mərasimi aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çənlibel” restoranında adı rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan restoranda qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi barədə inzibati protokol tərtib edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026