• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Quru sərhədlərin açılması strateji məsələdir: “İnsanlar əziyyət çəkir”

CƏMİYYƏT

20 Aprel 2023 | 10:40 | Müəllif: Qalib İbrahimoğlu

Quru sərhədlərin açılması strateji məsələdir: “İnsanlar əziyyət çəkir”

Türkiyədə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrlə bağlı verilmiş qərar quru sərhədlərlə bağlı məsələni yenidən gündəmə gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Bəs digər qonşu ölkələrlə quru sərhədlər niyə açılmır?

Ekspert Eldəniz Əmirov Bakıvaxtı.az-a bildirib ki, quru sərhədlərin açılması kifayət qədər strateji məsələdir. Onun sözlərinə görə, quru sərhədlərin açılmasının ölkə vətəndaşları və sahibkarlar üçün müsbət tərəfləri var:

“Yəni insanlar sərhədlərin açılmasını istəyirlər. Lakin dövlətin yanaşmasında müəyyən strateji məsələlər var ki, hələlik sərhədlərin bağlı saxlanılmasını zəruri edir”.

E.Əmirov qeyd edib ki, bu strateji məsələlər arasında Ermənistanla münaqişənin davam etməsi, İranla olan gərginlik, valyuta axınının nisbətən qarşısının alınması, ölkəyə miqrant axınının baş verməsi və s. kimi ehtimallar var:

“Buna görə də hələlik sərhədlərin bağlı saxlanılmasını doğru hesab etmək olar. Lakin bu şərtlə ki, məhz Türkiyəyə tətbiq edilən bu addım Gürcüstana da tətbiq edilsin. İnsanlar bu prosesdən əziyyət çəkir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026