Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib
Qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
***
17:06
Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, yaralılar Qusar rayon sakinləri - Liana Mikayılova Nəriman qızı, Lamunat Bədəlova Misənnif qızı, Milyanə Şıxzadayeva Vəzirxan qızı, Ruslan Əmiraslanov Əmiraslan oğlu, Aksana Beydiyeva Mövlud qızı və Aysel Cavadova Mayis qızıdır.
Xəsarət alanların hamısı təcili tibbi yardım briqadasınin köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Report
***
16:17
Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.
















