• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rafael Cəbrayılovun qardaşı azadlığa buraxıldı - YENİLƏNİB

CƏMİYYƏT

13 Aprel 2022 | 20:21 | Müəllif: Qalib İbrahimoğlu

Rafael Cəbrayılovun qardaşı azadlığa buraxıldı - YENİLƏNİB

Nərimanov rayon məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilməyib. E.Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E. Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Nərimanov RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıda Yeni Klinikadakoronavirusdan dünyasını dəyişib.(trend)

 

***11:29

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Elşən Cəbrayılovun saxlanılması dələduzluq faktı ilə bağlıdır. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov xəbəri təsdiqləyib:

"Elşən Cəbrayılovun 2 gün əvvəl saxlanılıb. Güman ki, bu gün onun barəsində müvafiq qərar veriləcək. Onun nədə ittiham olunduğunu dəqiq deyə bilmərəm. Deyəsən, dələduzluğa görədir”.

Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.

Son məhkəmə proseslərində zərərçəkənlər Elşən Cəbrayılovun həbsini tələb edirdi. Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova isə Elşən Cəbrayılovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat məbləğində vergi ödənişindən yayındığı qeyd edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026