• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Rafah"dan 17 yaralı Qəzza sakini Misirə çatdırılacaq

DÜNYA

25 Noyabr 2023 | 15:56

"Rafah"dan 17 yaralı Qəzza sakini Misirə çatdırılacaq

Qəzza zolağının 17 yaralı sakini müalicə alması üçün "Rafah" nəzarət-buraxılış məntəqəsindən Misirə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al-Qahira ai-Ihbariya" telekanalı məlumat yayıb.

Məlumata görə, təcili yardım maşınları xəsarət almış fələstinliləri Misirdəki xəstəxanalara çatdırmaq üçün "Rafah" buraxılış məntəqəsinin yanında növbə çəkir.

Xatırladaq ki, ötən gün İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.

Atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Şərtlərə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026