• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ralf Ranqnik: "Azərbaycan millisinin nəyə qadir olduğunu bilirdik"

İDMAN

16 Oktyabr 2023 | 22:45

Ralf Ranqnik: "Azərbaycan millisinin nəyə qadir olduğunu bilirdik"

"Matç asan keçmədi. Rəqibin nəyə qadir olduğunu bilirdik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

Almaniyalı mütəxəssis Azərbaycan seçməsini analiz etdiklərini bildirib: "Ancaq qələbəyə köklənmişdik. Buna da nail olduq".

Ranqnik oyunçuların qələbədən sonra mahnı oxuduğunu söyləyib: "Öz üzərimizdə işləməli və daha da irəli getməliyik. Kollektivdə hər şey yaxşıdır. Futbolçular bir-birilərini başa düşürlər".

Baş məşqçi meydanda mübahisələrin normal olduğunu bildirib: "Biz bunu dəfələrlə görmüşük. Oyunçular bəzən özlərindən çıxırlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026