• Bakı 14° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Ramiz Quliyevin son durumu - Oğlu açıqladı

MƏDƏNİYYƏT

11 Oktyabr 2025 | 17:24

Ramiz Quliyevin son durumu - Oğlu açıqladı

Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəziyyətdə idi. Gözləyirik nəfəs aparatından azad olunsun ki, həm rahat ünsiyyət qura, danışa bilək, həm də ciyərləri tam olaraq funksiyalarını yerinə yetirsin.

Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, əməkdar artist Əyyub Quliyev deyib.

O qeyd edib ki, Ramiz Quliyevin müalicəsi reanimasiyada davam etdirilir:

"Ciyərləri tam olaraq funksiyalarını yerinə yetirməsi üçün isə şüurun tam bərpa olunması lazımdır ki, rahat nəfəs ala bilsin. Hələ ki, bunlar aparat vasitəsilə görülür. Ağciyərində virus azalmağa doğru gedir, ümumi nəticə yaxşıdır. Böyrəklər də yavaş-yavaş da olsa funksiyalarını bərpa edir. Günaşırı dializ olunur. Sonda məlum olacaq ki, böyrəklər üçün gələcəkdə nələr tələb olunur. Yəni daimi dializ oluna da, olunmaya da bilər. Böyrəklər funksiyalarını yerinə yetirməyə başlayandan sonra baxacaqlar, əgər hər şey normal gedərsə, ola bilər ki əlavə prosedurlara ehtiyac qalmasın. Ciyərlər bərpa olunsa, gələn həftəyə evə buraxıla bilər. Amma hələ ki, həkimlər dəqiq bir şey deməyiblər", - Ə.Quliyev vurğulayıb.

Xatırladaq ki, R.Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025