• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ramos Parisə qayıda bilər

İDMAN

04 Yanvar 2026 | 09:43 | Müəllif: Subhan Mahmudov

Ramos Parisə qayıda bilər

Keçmiş Madrid "Real"ının və Fransanın "Paris Sen-Jermen" klubunun müdafiəçisi Serxio Ramos yenidən Liqa 1-ə qayıda və paytaxtın "Paris" klubu ilə müqavilə imzalaya bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Footmercato" yazıb.

Mənbənin məlumatına görə, "Paris" Ramosun "Nitsa" ilə danışıqlarının pozulmasından sonra tanınmış ispaniyalı müdafiəçiyə maraq göstərib. Qeyd olunur ki, futbolçunun özü paytaxt klubunun layihəsinə o qədər də inanmadığı üçün "daha iddialı" klublara üstünlük verir.

39 yaşlı Ramosun son klubu Meksikanın "Monterrey"i olub. O bu komandadan ötən ilin dekabr ayının əvvəlində ayrılıb. Bundan başqa, Serxio öz yetirməsi olduğu "Sevilya" klubundakı çıxışları ilə də tanınır.

Ramos həmçinin İspaniya millisində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026