Dani Sebalyos mövsümün sonunda “Real Madrid”i tərk edəcək.
Bakıvaxtı.az xəbər verir ki, “Kral klubu” 26 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. Futbolçu yayda azad agent kimi komandanı tərk edəcək. Onun xidmətində Madrid “Atletiko”su maraqlıdır.
Sebalyos bu mövsüm “Real Madrid”in heyətində 19 matçda 1 assistlə yadda qalıb.
















