• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rəmiş vəfat etdi

CƏMİYYƏT

05 Aprel 2021 | 14:08

Rəmiş vəfat etdi

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O, R.Hüseynovun bu gün günorta saatlarında vəfat etdiyini deyib.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026