• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəqibə qol imkanları yaratdıq - Tomasson

İDMAN

06 Sentyabr 2024 | 00:18 | Müəllif: Subhan Mahmudov

Rəqibə qol imkanları yaratdıq - Tomasson

Müdafiədə yaxşı oynayan komandaya qarşı layiqli mübarizə apardıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

48 yaşlı danimarkalı mütəxəssis nəticədən razı qaldığını söyləyib:

“Bəzi epizodlarda topu itirdik, passiv oynadıq və rəqibə qol imkanları yaratdıq. Ümumiyyətlə, doğma meydandan kənarda oynamaq çox çətindir. Bura gələndə əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Qapıçımızın çıxışından da çox razı qaldım. Penaltini geri çevirə bildi. Əla qurtarışlar etdi”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026