• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

CƏMİYYƏT

24 Fevral 2022 | 09:49

Rəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Forumla əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb.

Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində Forumun IV Sənaye İnqilabı Mərkəzinin yaradılması ölkə iqtisadiyyatının diversifikasiyası və investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq.

Görüşdə rəqəmsal transformasiya, innovasiyalar və kibertəhlükəsizlik məsələləri müzakirə olunub. Potensial əməkdaşlıq sahələri haqda fikir mübadiləsi aparılıb.

Rəqəmsal transformasiyanın Azərbaycan hökuməti üçün prioritet olduğu vurğulanaraq nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında qonaqlara məlumat verilib.


Rəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdüRəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026