• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ronaldo sıradan çıxdı

İDMAN

18 Aprel 2021 | 00:19

Ronaldo sıradan çıxdı

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo zədələnib.

Bakıvaxtı.az "Footbal İtalia"ya istinadən xəbər verir ki, bu barədə baş məşqçi Andrea Pirlo danışıb. O, 36 yaşlı hücumçunun  A seriyasının 31-ci turunda “Atalanta” ilə matçı da buraxacağını bildirib: 

“Əhəmiyyətli bir oyunçu oynamayacaq. Ronaldo ayaq əzələsindəki problemlər səbəbindən meydanda olmayacaq. Onu səfərə aparmaq çox riskli olardı. Ümid edirik ki, Kriştiano tez sağalar. Problem son oyundan- “Cenoa” ilə görüşdən sonra ortaya çıxdı. Bu həftə istədiyi kimi məşq edə bilmədi. “Atalanta” ilə görüşdə Dibala start heyətdə olacaq”.

Qeyd edək ki, aprelin 18-də keçiriləcək “Atalanta” – “Yuventus” qarşılaşması Bakı vaxtı ilə 14:00-da başlayacaq.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR