• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ronaldodan Eriksenə dəstək

İDMAN

13 Iyun 2021 | 00:21

Ronaldodan Eriksenə dəstək

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Danimarka yığmasının yarımmüdafiəçisi Christian Eriksenə dəstək olub.

Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb:

“Düşüncələrimiz və dualarımız Kristian Eriksen və ailəsi ilədir. Futbol dünyası xoş xəbər ümidi ilə birləşir.

Tezliklə meydanda görüşməyi səbirsizliklə gözləyirəm Kris! Güclü olun!".

Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirib. Onun hazırda durumunun sabitləşdiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026