• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rövşən Rzayev anlaşma memorandumu imzaladı

SİYASƏT

15 Noyabr 2021 | 17:28

Rövşən Rzayev anlaşma memorandumu imzaladı

Bu gün  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Azərbaycan üzrə direktoru Karin Hörhan, layihə rəhbəri Yörq Le Blank Anlaşma Memorandumu imzalayıblar.  

Komitədən Bakıvaxtı.az-a verilən məlumata görə,  Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında, GİZ-in Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsinin yeni mərhələsi başlayır. Memorandum həmin mərhələdə nəzərdə tutulan tədbirlərin icrasını təmin edəcəkdir.

Ümumən, layihəyə 2017-ci ildən start verilib. Ötən müddət ərzində, Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını dəstəkləyən müxtəlif fəaliyyətlər icra edilib. Layihənin yeni mərhələsində də bu sahədə qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görüləcəkdir.    


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026