Xalq artisti Röya Ayxan konsertində xəsarətlər alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat verib.
Xalq artisti konsert zamanı səhnədə dizi və dirsək nahiyələrindən xəsarət aldığını açıqlayıb.
"Özüm də bilmirəm. Gecə Ranar atıb mənə. Baxıram ki, səhnədə atılıb, dizimi yerə vururam. Qarayam deyə, görünmür. Şişib dizim. Bəs qolum necə olub? Onu bilmirəm. Şikəst qalmışam",-deyə o bildirib.
Qeyd edək ki, Röya Ayxan 3 gün Bakı Konqres Mərkəzində konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb.
Xəyalə Rza





















