• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rubl BAHALAŞDI

İQTİSADİYYAT

06 Aprel 2022 | 23:11 | Müəllif: Subhan Mahmudov

Rubl BAHALAŞDI

Dolların məzənnəsi fevralın 21 və 18-dən sonra ilk dəfə müvafiq olaraq 80 rubldan, avro isə 86 rubldan aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva birjası məlumat yayıb.

Belə ki, Moskva vaxtı ilə saat 18:55-ə olan məlumata görə, avronun məzənnəsi enişini 6,45%-ə qədər sürətləndirərək, 85,6 rubla çatıb, dolların məzənnəsi 79,01 rubla (-5,16%) düşüb. Dolların məzənnəsi Moskva vaxtı ilə saat 18:59-a 3,61% - 79,70 rubla, avro isə 4,5% azalaraq 87 rubla düşüb.

Çərşənbə günü ticarətin açılışında dollar və avro çoxistiqamətli dinamika nümayiş etdirib. Dollar 83,31 rubla ticarət edilib, avro isə 0,22% ucuzlaşaraq, 91,3 rubl olub.

Xatırladaq ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR