• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya nüvə silahından nə vaxt istifadə edəcək?

DÜNYA

24 Oktyabr 2022 | 13:11

Rusiya nüvə silahından nə vaxt istifadə edəcək?

Qərbin nüvə silahının tətbiqinin mümkünlüyü haqqında ritorikası Rusiyanı çox narahat edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

“Əlbəttə ki, bizi Qərbin nüvə silahının tətbiqinin mümkünlüyü ilə bağlı ritorikası çox narahat edir”, deyə Narışkin vurğulayıb. Onun sözlərinə görə, Rusiyada nüvə silahının istifadəsi ilə bağlı ritorika qətiyyən mövcud deyil.

Xarici Kəşfiyyat Xidmətinin direktoru Ukraynadakı vəziyyət kontekstində hazırki vəziyyəti Karib böhranı ilə müqayisə edib. O bildirib ki, Karib böhranının dərsləri fövqəldövlətlərin liderləri arasında kompromislər tapmaq zərurətini ortaya çıxarır: "Karib böhranının dərsləri ondan ibarətdir ki, siyasi liderlər qlobal problemlərin həllində kompromis tapmaq üçün öz daxilində güc tapmalıdırlar. Bu kompromis bu gün də lazımdır. Tarixin dərslərini öyrənmək lazımdır”, deyə o əlavə edib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026