Rusiya sülhməramlı qüvvələri Dnestryanıda təlim keçib.
Bakıvaxtı.az xəbər verir ki , bu barədə Pridnestroviya Moldova Respublikasından (PMR) Birgə Nəzarət Komissiyasının (MMK) həmsədri Oleq Belyakov məlumat verib.
Məlumata görə, Rusiya sülhməramlılarının təlimi bütün təhlükəsizlik zonasında keçirilib.
Belyakov təlimləri planlaşdırılmış adlandırıb və bildirib ki, təlimlər Birləşmiş Hərbi Komandanlıq və QHK ilə razılaşdırılıb.
"Bu təlimlər birgə olmalı idi, lakin Moldova tərəfi bundan imtina etdi", - Belyakov əlavə edib.
Mina Mikayılova
















