Ukrayna Silahlı Qüvvələrinin (AFU) polkovniki Roman Kaçur Rusiyanın terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in rəsmi saytında deyiir
Kaçur Sumidə anadan olub. 2005-ci ildə Sumi Hərbi Raket Qoşunları və Artilleriya İnstitutunu bitirib.
2014-2018-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin 81-ci aeromobil briqadasının artilleriya rəisi vəzifəsində çalışıb. 2018-ci ilin mart ayından “Zaporojye Siç” 55-ci artilleriya briqadasının komandiri olub. O, hazırda Ukrayna Silahlı Qüvvələrində polkovnik rütbəsi ilə xidmət edir.